"VƏTƏNİM ŞUŞADIR!" - Fuad Axundovun Leksiyası
17apr18:3020:30"VƏTƏNİM ŞUŞADIR!" - Fuad Axundovun Leksiyası
Детали мероприятия:
“VƏTƏNİM ŞUŞADIR!” — Fuad Axundovun Sürəyya Ağaoğlu və Tezer Taşqıran haqqında unikal mühazirəsi İki bacı, tarixdə iz qoymuş iki görkəmli qadın. Sürəyya Ağaoğlu — Türkiyənin ilk
Детали мероприятия:
“VƏTƏNİM ŞUŞADIR!” — Fuad Axundovun Sürəyya Ağaoğlu və Tezer Taşqıran haqqında unikal mühazirəsi
İki bacı, tarixdə iz qoymuş iki görkəmli qadın.
Sürəyya Ağaoğlu — Türkiyənin ilk qadın vəkili, insan hüquqları müdafiəçisi, yazıçı və ictimai xadim. Şuşada doğulan Sürəyya xanım təkcə Türkiyənin deyil, Azərbaycanın da tarixinə öz töhfəsini vermiş, qadın haqları və irəliləyiş uğrunda mübarizənin simvoluna çevrilmişdir.
Tezer Taşqıran — siyasətçi, yazıçı, Türkiyədə qadın hərəkatının fəal iştirakçısı. O, Türkiyə Böyük Millət Məclisinin ilk qadın millət vəkillərindən biri olmuş, ölkədə təhsil və qadın haqlarının inkişafında mühüm rol oynamışdır.
Fuad Axundovun bu mühazirəsi sadəcə onların həyatından bəhs etməyəcək. Bu, Bakıdakı Sürəyya Ağaoğlu Fondunun nümayəndələri tərəfindən bizə təqdim edilən yeni, indiyə qədər dərc olunmamış məlumatların paylaşılacağı eksklüziv bir tədbirdir.
Tədbir Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Süreyya Ağaoğlu Fondunun dəstəyi ilə keçiriləcək. İlk dəfə bu formatda, irəliləyiş və insan haqları uğrunda mübarizə aparmış bir ailənin tarixini eşidəcəyik.
📅 Tarix: 17 aprel
🕡 Saat: 18:30
📍 Məkan: Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi
Türk dünyasının qabaqcıl qadınları haqqında daha çox öyrənmək fürsətini qaçırmayın!
больше
Дата
April 17, 2025 18:30 - 20:30(GMT+04:00)