TƏQVİM
Geniş dünya görüşlü
və yaradıcı bacarıqlara malik
üzvlərin cəmiyyətini yaratmaq
BİZ KİMİK
Yaradıcı insanların bir araya gəldiyi ünvan. 2017-ci ildən CultBaku mədəni tədbirləri sevmək, yaratmaq və paylaşmaq istəyənlər üçün xüsusi platforma. Burada ideyalar gerçəyə çevrilir, əlaqələr isə ömürlük olur. Klubun əsasının qoyularkən Soho Club London və dünyada üzvlük əsasında çalışan digər özəl klubların təcrübəsindən ilham alınıb.
MƏQSƏDİMİZ
Biz mədəniyyətin dəyişdirici gücünə inanırıq. O, insanları birləşdirir, cəmiyyətin bağlarını möhkəmləndirir və mədəniyyətlərarası körpülər qurur. İncəsənət və yaradıcı sahələrdə təcrübə mübadiləsi isə üzvlərimizin ilhamını artırır, yaradıcılığını gücləndirir və rifahına dəyər qatır.
MİSSİYAMIZ
Bizim missiyamız ortaq dünya görüşünə və yaradıcılığa inanan insanları bir araya gətirən canlı bir cəmiyyət yaratmaqdır. CultBaku ilhamın paylaşıldığı, ideyaların reallığa çevrildiyi məkandır. Fərqli mədəni tədbirlər və nüfuzlu yaradıcı şəxslərlə görüşlər vasitəsilə biz yerli mədəniyyətin ürəyində olmaq və onu daha da zənginləşdirmək üçün çalışırıq.
ÜZVLÜK PLANLARI
Fərdi Üzvlük
Hər hansı bir sənət növü ilə məşğul olan və marağı olan hərkəs.
ÜSTÜNLÜKLƏR
- Unikal və eksklüziv tədbirlərdə iştirak imkanı
- Bakıda və xaricdə bələdçi turlar
- Klubun hər bir üzvü üçün peşəkar məsləhətçilərdən ayda bir dəfə pulsuz hüquqi və vergi konsultasiyalar
- Klubun əməkdaşları və fəxri üzv/əməkdaşları tərəfindən xüsusi təkliflər və üstünlüklər





























































