Klubun komandası
CultBaku-nun yaradıcısı. Bakıda doğulan Nəzrin həyatının müxtəlif illərində Moskva, Cenevrə, Fontenblo, Tbilisi və Londonda yaşayıb. Bakı Dövlət Universitetində hüquq təhsili alan, daha sonra isə Cenevrədə Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi qazanan Nəzrin, 2017-ci ildə yaradıcı insanların bir araya gəldiyi klub ideyasını gerçəkləşdirdi. Londonun qədim klublarından aldığı ilhamla CultBaku-nu 2019-cu ildə rəsmiləşdirən Nəzrin, mədəniyyət, musiqi və poeziyaya dərin sevgisi ilə tanınır. Onun musiqiçiləri arasında Rahmaninov, Spice Girls, The Beatles və Eyyub Yaqubov; ədəbiyyat dünyasında isə Mikayıl Müşfiq, Lev Tolstoy və Boris Akunin var.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinin məzunudur. Karyerasına proqramçı kimi başlayıb, 2008-ci ildən isə maliyyə sahəsində mühasib kimi fəaliyyət göstərir. Xarici təşkilatların Azərbaycan nümayəndəlikləri və yerli şirkətlər üçün mühasibat xidmətləri üzrə geniş təcrübəyə malikdir. CultBaku klubunda mühasib vəzifəsində çalışan Rəna, Deniel Keyesin “Elcernon üçün çiçəklər” əsərini sevimli kitabı, milli musiqini isə ən çox dinlədiyi janr kimi qeyd edir. Onun ən sevdiyi məşğuliyyət isə insanlara hədiyyə bağışlamaqdır.

“Futurologiya” Kommersiya İnstitutunun Sosiologiya ixtisası üzrə məzunudur. Azercell, Azərbaycan Beynəlxalq Bankı, Deloitte, Baker & McKenzie, Baker Hughes kimi nüfuzlu beynəlxalq və yerli şirkətlərlə on beş ildən artıq müştərilərlə iş təcrübəsinə malikdir. CultBaku klubunda menecer kimi fəaliyyət göstərən Ziba, introvert xarakteri, soyuqqanlılığı və yaxın dostlar əhatəsində rahatlığı ilə tanınır. Az danışan, lakonik insanlara üstünlük verir. Maraqlı kitab mütaliəsi, art-haus janrında filmlər, piyada gəzintilər, səyahətlər, ləzzətli yeməklər və heyvan sevgisi onun həyatının ayrılmaz hissəsidir. Ən sevimli əsəri C. İrvinqin “Dünya Qarpın gözlərilə” romanıdır. İrvinqdən əlavə Kafka, Kinq, Lavkraft, Çexov, Oruell və Bulqakovun yaradıcılığına da böyük maraq göstərir. İncəsənətdə Bosx və Renuarı üstün tutur, ən sevimli əsəri isə İeronim Bosxun “Zövqlər bağı” triptixidir. Musiqidə isə Y. Doğanın “Mənim mehriban və zərif vəhşim” filmindən valsı onun favoritidir.
