BİZ KİMİK

Yaradıcı insanların bir araya gəldiyi ünvan. 2017-ci ildən CultBaku mədəni tədbirləri sevmək, yaratmaq və paylaşmaq istəyənlər üçün xüsusi platforma. Burada ideyalar gerçəyə çevrilir, əlaqələr isə ömürlük olur. Klubun əsasının qoyularkən Soho Club London və dünyada üzvlük əsasında çalışan digər özəl klubların təcrübəsindən ilham alınıb.

MƏQSƏDİMİZ

Biz mədəniyyətin dəyişdirici gücünə inanırıq. O, insanları birləşdirir, cəmiyyətin bağlarını möhkəmləndirir və mədəniyyətlərarası körpülər qurur. İncəsənət və yaradıcı sahələrdə təcrübə mübadiləsi isə üzvlərimizin ilhamını artırır, yaradıcılığını gücləndirir və rifahına dəyər qatır.

 

MİSSİYAMIZ

Bizim missiyamız ortaq dünya görüşünə və yaradıcılığa inanan insanları bir araya gətirən canlı bir cəmiyyət yaratmaqdır. CultBaku ilhamın paylaşıldığı, ideyaların reallığa çevrildiyi məkandır. Fərqli mədəni tədbirlər və nüfuzlu yaradıcı şəxslərlə görüşlər vasitəsilə biz yerli mədəniyyətin ürəyində olmaq və onu daha da zənginləşdirmək üçün çalışırıq.

NİYƏ BİZ:

Biz iştirakçılarımıza həm qarşılıqlı fayda, həm də özünü ifadə imkanı yaradırıq. İstər Bakı Kitab Klubunda müzakirələr, istərsə də Şəbəkələşmə Klubunda sürətli əlaqə qurma kimi unikal tədbirlər təşkil edirik.

Tədbirlərimiz sırasında “Embassy Series” – ölkənin diplomatik nümayəndələri ilə səmimi söhbətlər və ustad dərsləri, şəhərin ən yaxşı restoran və otellərində kluba özəl nahar və axşam yeməkləri, təbiət qoynunda gəzintilər və konsertlər, eləcə də musiqi qrupları ilə səyahətlər kimi unikal görüşlər yer alır.

Klubun ən dəyərli üstünlüklərindən biri üzvlərimizə tərəfdaş və dostlarımızdan xüsusi mövsümi təkliflər təqdim etməyimizdir. Tərəfdaşlarımızın siyahısı ilə buradan tanış ola bilərsiniz.

ÜZVLÜK ÜSTÜNLÜKLƏRI:

  • Hər ay unikal və yaddaqalan tədbirlər
  • Yerli və beynəlxalq “Klub Dostları” görüşləri
  • Bilet endirimləri: Yerli və beynəlxalq konsert, tədbir, konfrans və mühazirələrdə
  • Tərəfdaşlarımızdan eksklüziv endirim kartları 
  • Ayda bir dəfə klub mütəxəssisləri (hüquqşünas, mühasib və s.) ilə ödənişsiz biznes görüşləri
  • Yalnız üzvlər üçün klub və tərəfdaşlarımızdan mövsümi və illik xüsusi təkliflər