MÜSTƏQIL MƏSLƏHƏTÇİLƏR

Kamran Aqasi

 

Kamran Aqasi dövlət habelə özəl sektorlarında 20 ilə yaxın yerli və xarici təcrübəyə malikdir. Şirkətimizə qoşulmazdan əvvəl o, 200 milyon dollardan çox sərmayəyə malik Azərbaycanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan Agrodairy MMC-yə rəhbərlik edib. 2017-2019-cu illər ərzində "Azsığorta" şirkətinin Müşahidə Şurasında Qeyri-İcraçı Direktor vəzifəsində çalışıb. 2014-2018-ci illərdə Kamran Aqasi dövlət, habelə digər sektolarda yeni innovativ həllər və qabaqcıl texnologiyaların tətbiqinə yönəlmiş dövlət startapı olan İnnovasiyalar Mərkəzinə başçılıq edib. İnnovasiyalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN Xidmət) daxili islahatların həyata keçirilməsində, habelə ölkə üzrə ASAN mərkəzləri İT infrastrukturunun, elektron viza sisteminin, ASAN Ödəniş sisteminin, ASAN Radio, ASAN Kommunal müştəri xidmətləri mərkəzlərinin və dövlət-özəl sektorlar arası tərəfdaşlıq təşəbbüslərinin idarə edilməsinə dəstək verir. Kamran Aqasi strategiya üzrə güclü konsaltinq təcrübəsinə malikdir. Çoxsaylı məsləhət layihələri ilə yanaşı o, ssenari planlaşdırma vasitələrindən istifadə etməklə beş il Royal Dutch Shell-in Strategiya və Biznesin İnkişafı Direktorluğunda Direktorlar Şurasına və Shell qlobal müəssisələrinə məsləhət xidməti göstərib, 2025-2050-ci illər üzrə strategiyanın hazırlanmasında əsas komandanın üzvü olub. Kamran Aqasi Nyu Yorkda yerləşən Kolumbiya Universitetinin Enerji, Dəniz Nəqliyyatı və Dövlət Siyasəti Mərkəzndə elmi işçi kimi çalışıb. Kamran Aqasi London İqtisadiyyat Məktəbinin Beynəlxalq Münasibətlər Nəzəriyyəsi və Tarixi ixtisası üzrə magistr və Bakı Slavyan Universitetinin Rus dili üzrə bakalavr dərəcəsinə malikdir.

2020-ci ilin martından Kamran Aqasi Avromed Company QSC-nin Baş İcracı Direktorudur.