ÜZVLÜK VƏ KLUB QAYDALARI

Üzvlüyün etibarlı sayılması üçün namizəd

– Mövcud klub üzvünün tövsiyəsi

- Doldurulmuş ərizə forması

- Üzvlük haqqının ödənilməsi

Müraciət forması

Təhlükəsizlik məqsədilə, şəxsi məlumatlarınızı və şəxsiyyət vəsiqəsi nömrənizi təqdim etməyinizi xahiş edirik. Bu məlumatlar yalnız klubun daxili bazasında saxlanılır, üçüncü tərəflərlə paylaşılmır və forma detallarınızın sui-istifadəsinin qarşısını almağa xidmət edir. Klub üzvlərindən tövsiyəsi olmayan namizədlər tərəfindən kluba yüksək maraq olduğu üçün biz daim qaydalarımızı təkmilləşdirməyə çalışırıq.

Ödəniş və müddət

Üzvlük ödənişi (illik və ya yarımillik) yalnız ərizəniz klub rəhbərliyi tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir. Ödəniş edilmədiyi halda rəsmi üzvlük ləğv olunur.

Üzvlük müddəti ən azı 6 ay və ya 1 il təşkil edir. Müddət bitdikdə avtomatik yenilənmir, müraciətiniz yenidən nəzərdən keçirildikdən sonra qərar qəbul edilir.

CBC Klub Üzvlüyünün əsas və eksklüziv faydalar
  • Unikal və eksklüziv tədbirlərdə iştirak imkanı
  • Mövsümi təkliflər (Azərbaycan və xaricdə ekskursiyalar)
  • Seçilmiş məkan və brendlərdə xüsusi endirimlər
  • Peşəkar klub məsləhətçilərindən pulsuz hüquqi və vergi konsultasiyaları
  • Klub ofislərinə və konfrans zalına giriş imkanı
Üzvlük arxivi

Biz verilənlər bazamızda saxlamaq üçün əlaqə məlumatlarınızı və bir fotoşəkilinizi tələb edə bilərik. Bu, təhlükəsizlik səbəbilə və sizin üzvlük kartınızın yanlış istifadəsi kimi hallara görə vacibdir.

Klub qaydaları

- Tədbir zamanı digər üzvlərin və qonaqların fotoşəkillərinin çəkilməsi klub tərəfindən mənfi qarşılanmır.

- Üzvlər tədbirlərə uyğun geyim tərzində gəlməlidirlər (“smart casual” xoş qarşılanır).

- Bir-birinizin məxfiliyini qorumaq tövsiyə olunur. Xoşagəlməz mövzulara başlamaq və ya digər üzvlərin söhbətlərinə müdaxilə etmək yolverilməzdir.

- Klub, müəyyən olunmuş qaydalara və rəhbərliyin təsdiqlədiyi onlayn ünsiyyət standartlarına riayət etməyən üzvləri üzvlükdən çıxarmaq hüququnu özündə saxlayır.

Ev sahibi üzvlər və qonaqlar:

Klub üzvləri müəyyən tədbirlərə özləri ilə əlavə qonaqlar gətirə bilərlər. Üzv tədbirdə şəxsən iştirak edə bilmədikdə, qonaqları yalnız təşkilatçılara əvvəlcədən məlumat verildiyi halda tədbirə qatıla bilərlər.

Əgər tədbirdəki yerlərin hamısı üzvlər tərəfindən tutulubsa, klub rəhbərliyi qonaq sayını məhdudlaşdıra bilər. Üstünlük həmişə üzvlərə verilir. Üzv 3 nəfərdən çox qonaq dəvət etikdə, bunu öncədən vəzifəli menecer və ya klub katibi ilə razılaşdırmalıdır.

Üzvlük Kateqoriyaları

Mövcud üzvlük növləri ilə buradan tanış ola bilərsiniz.

Məxfilik və Konfidensiallıq

Məxfilik klubumuzun əsas dəyərlərindən biridir. Üzvlər tədbirlər zamanı tanımadıqları şəxslərə yalnız qarşılıqlı rahatlıq və hörmət çərçivəsində yaxınlaşmalıdırlar. Əgər bu, kiminsə şəxsi həyatına və rifahına təsir edə biləcəksə, həmin şəxsə yaxınlaşmaqdan çəkinmək tövsiyə olunur.

Rahat və etibarlı atmosferin qorunması üçün: • Fasilələr və tədbir sonu istisna olmaqla, foto və video çəkiliş tövsiyə edilmir. • Digər üzvlərin şəkilləri və videoları yalnız onların açıq icazəsi ilə çəkilə bilər. • Telefon istifadəsi məhdudlaşdırılaraq məxfilik və sosial mühitin keyfiyyəti qorunur. Klubun məlumat bazasında saxlanılan bütün məlumatlar üzvlərin şəxsi məlumatlarını qorumaq, onların zövqlərini və maraqlarını daha yaxşı anlamaq, tədbirlərimizin keyfiyyətini artırmaq məqsədilə istifadə olunur. Üzvlərin icazəsi olmadan şəxsi məlumatlar üçüncü tərəflərlə paylaşılmır. Yalnız xüsusi hallarda, qarşılıqlı razılıq əsasında üzvlər bir-biri ilə əlaqə saxlaya bilərlər.

Onlayn Kommunikasiyalar

Klubumuzun ilk onlayn birliyi olan WhatsApp qrupunun məxfiliyinə bütün üzvlər hörmət etməlidirlər. Məxfilikdən sui-istifadə məqsədimizdən və ya söhbət mövzusundan kənara çıxan hər bir yazışmanı əhatə edir. Qrupda yalnız tədbirlə və tədbirə aid mövzular müzakirə oluna bilər. Tədbir sonrası təəssüratların bölüşülməsi istisnadır; bu məqsədlə rəhbərlik üzvləri veb saytımızdakı şəxsi mesajlar bölməsindən istifadə etməyə təşviq edir (tezliklə aktiv olacaq).

Ünsiyyət qaydalarına riayət etməyən, mübahisə yaradan, etikadan kənar ifadələr işlədən və ya əlaqəsiz mövzu açan üzvlər qrupdan çıxarıla və ya 3 gün müddətinə qrupdakı iştirakı dayandırıla bilər. Klub rəhbərliyi onlayn ünsiyyət qaydalarını istənilən vaxt redaktə etmək və yeni qaydalar əlavə etmək hüququnu özündə saxlayır.

Davranış və Geyim Qaydaları

Klub rəhbərliyi zəruri hesab etdikdə, hər bir tədbirdən əvvəl geyim kodu elan edilir və üzvlər tərəfindən riayət olunmalıdır. Tədbirlərə hər zaman təmiz və səliqəli şəkildə gəlmək tövsiyə olunur. Mədəni tədbirlərdə “smart casual” geyim üslubu müsbət qarşılanır. Yeməklə bağlı ustad dərsləri, idman tədbirləri və daha rahat geyim tələb edən digər fəaliyyətlər istisnadır. Klubda sərxoşluq, vulqar dil işlətmək və təhqiramiz davranış yolverilməzdir və icazə verilmir.

Tədbirdə iştirak və ləğv qaydaları

1. Tədbir üçün ödəniş iştirakdan əvvəl həyata keçirilir.
2. İştirakın ləğvi aşağıdakı qaydalar əsasında mümkündür
3. 10 gün və daha əvvəl ləğv edildikdə ödəniş tam şəkildə geri qaytarılır.
4. 7-9 gün qalmış ləğv edildikdə ödənişin 50%-i geri qaytarılır.
5. 3 gün və ya daha az müddət qalmış ləğv edildikdə ödəniş geri qaytarılmır.
6.Gec ödəniş hallarında və ya tədbir günü yerində ödəniş edildikdə, iştirak qiymətinə əlavə məbləğ tətbiq oluna bilər.

DAXIL OL