О  выставке «Бархатные Признания»

“Club Mic” rubrikamızın qonaqları Moskvanın Triumf Galereyasında keçiriləcək “Məxmər Etiraflar” sərgisi haqqında. Kurator: Əsli Səmədova

photo_34939

AYDAN SALAHOVA (rəssam, heykəltəraş, gallerist)

FAİG AHMED (rəssam)

ORXAN HUSEYNOV (rəssam)

- Əsərlərinizi üç sözlə necə ifadə edərsiniz?

- Əsərlərimi sözlərlə təsvir etməyi xoşlamıram. Sənət əsərini görmək daha düzgündür. Sərgidə üç rəsm əsərim və iki heykəl təqdim olunacaq.

- İnsan, mədəniyyət və azadlıq.

- Heç pis deyil.

– Sizin üçün Moskvada baş tutacaq sərgi nə məna kəsb edir?

- Bir tərəfdən mənim üçün Azərbaycan rəssamlarının sərgisində iştirak etmək çox maraqlıdır, müasir Azərbaycan incəsənəti çox maraqlıdır. Digər tərəfdən mən zaman düşünmüşəm ki, incəsənət əsərinin milli və cinsi mənsubiyyəti olmur.

- Sözü gedən sərgi qrup sərgisi olduğundan bu məsələyə Kuratorun və sərginin ideyasının nəzdindən baxmaq daha doğru olar. Mən bu sərgiyə Azərbaycanın son illərdəki vəziyyətinin təzahürü kimi baxıram. Bizim regionumuz çox dinamik və hərəkətli olduğu üçün orada yaşayan rəssamlarımız da vəziyyəti belə təsəvvür edirlər. Lakin ümumi müasir vəziyyəti tam başa düşmək üçün sərgiyə gəlmək mütləqdir.

- Bu il qar görə bilmək imkanı.

- Azərbaycan rəssamlarından hansı sizdə daha çox emosiya doğurur?

- Tahir Salahov.

- İncəsənəti qiymətləndirərkən emosiya ən önəmli meyar deyil, amma vacibdir. Amma emosiyaların dərinliyi və təfərrüatları baxımından Niyazi Nəcəfov müasir rəssamların ustasıdır.

- Arif Hüseynov.

- Nəyə görə "Triumf" qalereyasında məhz "Məxmər Etiraflar" sərgisinə baxmaq lazımdır? O başqalarından nə ilə fərqlənir?

- Bu sərgidə təqdim olinmuş iştirakçılara görə düşünürəm ki, maraqlı lahiyədir.

- Ona görə ki, Azərbaycanın aktiv işləyən rəssamlarının sərgilərinə o qədər də tez-tez rast gəlmək olmur.

- Bu bizə açılışdan sonra aydın olacaq.

- Bu frazanı davam etdirin: "Hər rəssamın anlamaq istədiyi…"

- Mən fikirləşirəm ki, hər bir rəssama onun əsərlərinın gələcəkdə , yəni 100-200 il sonra necə qəbul ediləcəyi maraqlıdır.

- Hər rəssamın anlamaq istədiyi… özüdür.

- Ödəniş nə zaman olacaq.