ТЕ, КТО НАС ВДОХНОВЛЯЕТ: НАДЕЖДА СОЛЖЕНИЦЫНА И СЕРГЕЙ КОНОВАЛЬЦЕВ – ПОБЕДИТЕЛИ В ПАРНЫХ ТАНЦАХ – PRO-AM/T-S INTERNATIONAL STANDARD – SCHOLARSHIP A

- Rəqsə sevginiz necə yaranıb?

-Bir dəfə Kaytsörfinq üzrə məşqçim mənə kişi kimi sörf etdiyimi və zərif hərəkət etmədiyimi dedi, bu qadın sörfinqidir və daha zərif olmaq lazımdır. Mənə rəqslə məşğul olmağı məsləhət gördü. Beləliklə rəqs zalına gəldim.

- Sizi daha çox nə ilhamlandırır?

- İlham musiqidən, partnyordan, öz addımlarını və imkanlarını bilməkdən çox asılıdır. Bütün bu komponentlər bir yerə toplandıqda, çox güclü dinamik bir qüvvə yaranır.

İlham haqqında bir də onu da deyə bilərəm ki: rəqs edən bir cütlüyü görəndə də bəzi ustadlardan ilham ala bilərsiniz və bunu özünüzə, öz hərəkətlərinizə proyeksiya edirsiniz, bu şəkildə rəqs etmək istəyirsiniz və sonra bir arzu yaranır. Bu, sanki uzunmüddətli bir ilhamdır, buna aylar, hətta illər sərf oluna bilər ...

Gözəl bir musiqi dalğası sizə çatanda və partnyor çox inamlı və qayğı ilə hərəkət etdikdə, eləcə də addımlarınızdan əmin olduqda gələn bir anlıq İlham da var. Bu ani ilham, turnirdə yorğunluq anında hətta tam gücünüz tükənəndə də yarana bilər, o an birdən hər şey birləşir və mükəmməl ahəng alınır.

- Sizcə rəqsin uğurla ifa edilməsi üçün partnyorunuzda ən vacib xüsusiyyət nədir?

- Partnyorun ən dəyərli xüsusiyyəti sizinlə eyni dalğanın içərisində olmağa hazır olmasıdır. İnkişaf üçün partnyorun bədəninin imkanlarını anlamaq baxımından eyni istiqamətə baxdığınızı bilmək vacibdir. Məsələn, mən 2 metrdən çox addım ata bilməsəm, rəqsdəki partnyor 2,5 addım atmaz və s. Cütlük arasında kimin daha yaxşı olduğuna dair rəqabətə yol vermək olmaz.

Əslində məşqçimizin də dediyi kimi, qalib gəlmək üçün vacib komponent sizin və partnyorunuzun bir tam olduğunu anlamaqdır, bu bir fincan kimidir. Heç bir şəkildə qırılmamalı, qopmamalı və hər hansı bir fikir ayrılığı olsa da, onu zalda qarşılıqlı anlayışla həll etmək lazımdır. Anlamaq lazımdır ki, xizəyin biri sürüşür digəri isə hərəkət etmirsə, xizəkçi uzaqlaşmayacaq. Buna görə də, tutaq ki, qadın partnyorun bədənində məhdudiyyətlər varsa, indiki vəziyyətdə Sergey ilə rəqs edərkən mən zəif bənd olduğumdan, o, mənim əyri, yöndəmsiz görünməməyim üçün mənim zəifliyimə qarşı öz imkanlarını göstərməyə çalışmır... O, məni daşıyır, çünki mən onun kimi tullana və ya onun sürüşdüyü kimi sürüşə bilmirəm. Buna görə də, belə deyək, cütlüyün yaranması və mənim texniki imkanlarımın onunkilərlə ilə üst-üstə düşməsi üçün o öz imkanlarını azaldır. Bu da Sergey kimi bir ulduz üçün çox çətindir, çünki o, çox şey edə bilər, fiziki cəhətdən hazırlıqlı bir bədənə sahibdir. Məsələn, mən ona bacardığı hər şeyi etməyə imkan vermirəm və digər qadın partnyorlar da həmçinin. Onun unikal bacarıqları var və həmişə bütün məşqçilər bunu qeyd edirlər. Əlbəttə ki, heç olmasa hansısa səviyyəyə çatmaq üçün məşq etməyə çalışıram ki, o, bir şey göstərə bilsin. Məsələn, şpaqat açmış vəziyyətdə tullandığımız və uçduğumuz bir rəqsimiz var, bu şpaqat mənə çox çətin gəlirdi, Sergey isə bunu asanlıqla edir və mənim niyə onun kimi uça bilmədiyimi anlamırdı. Məşq prosesində bu cür nüanslar çox olur və anlayış olmayanda, kişi partnyor qadın partnyoru nəyisə edə bilməməkdə günahlandırır və bu proses daim davam edir qadın partnyorun rəqsi pozulr və bununla da o, motivasiyasını və ilhamını itirir. Buna görə burada cütlüyün bir-birini anlaması və qavraması çox vacibdir. Anlamaq lazımdır ki, cütlük bir məhsuldur və yalnız bütöv və ahəngdar olduqda, düzgün satıla və göstərilə bilər. Bunlardan biri yoxdursa və partnyorlar bir-birlərinin imkanlarını nəzərə almırlarsa, cütlük dağılır.

- Gəlin çıxış etdiyiniz dəbdəbəli geyimlər haqqında danışaq. Onların hazırlanması prosesi necədir? Və onların dizaynında şəxsən iştirak edirsinizmi? Hansı nüansları nəzərə almaq vacibdir??

- Geyim haqqında çox danışmaq olar, ancaq qısaca desək, onu da qeyd etmək lazımdır ki, geyimin görünüşündən başqa həm də funksionallığı var. Demək olar ki, bütün geyimlərimi özüm modelləşdirmişəm. Geyim sabit vəziyyətdə yaxşı görünürsə, bu o demək deyil ki, dinamik vəziyyətdə də gözəl görünəcək və ya əksinə, belə olur ki, geyim dinamik vəziyyətdə əladır, şəkil çəkdirmək üçün dayananda çox ucuz və sadə görünür. Buna görə burada birləşmə çox vacibdir ki, həm fotoşəkildə, həm də hərəkət zamanı yaxşı görünsün, bunun üçün isə funksionallığı başa düşən bacarıqlı dərzi lazımdır. Elə bir nüans var ki, bütün rəqs paltarları çimərlik geyiminin üzərinə oturdulur, yəni geyim heç vaxt sadəcə bədənə uyğun tikilmir və tökmə kimi oturması üçün bütün paltarlar həm üst, həm də ətək hissəsində çimərlik geyiminə bərkidilir. Qadın partnyor havada hərəkət edəndə yubkanın əsas funksiyası onun sabit qalmaması, ağır olmaması və sizə yapışmamasıdır. Hərəkət sürətlidirsə, yubkanın metrlərlə parça olduğunu nəzərə alsaq, ayaqlara çox ağrılı bir şəkildə döyəcləyə bilər, buna görə də bunun kimi bir çox məsələlər var. Konstruksiyanı yaxşı anlayan dərzilər var, dünyada belələri çox azdır və hər kəs onları yaxşı tanıyır. Daim yeni atelyelər yaranır, bir çox rəqsçilər özləri bir şey tikməyə çalışırlar, amma bir qayda olaraq, korifeylər təcrübələrinə görə tamamilə bütün nüansları nəzərə alırlar, buna görə geyimlər olduqca bahalıdır. Həqiqətən də, aparıcı brendlərin rəqs geyimləri çox bahadır, dünyada təxminən beş belə brend var. Bu avtomobil kimidir, bir dəfə alırsan, sürürsən, eləcə də tikirsən, bir neçə turnirdə rəqs edirsən, sonra növbəti rəqs ifaçılarına satırsan. Geyimlərimi İnstagram vasitəsilə satıram, həmin geyimdə rəqsimin videosunu yerləşdirirəm və mənə yazırlar, geyimi satmağımı xahiş edirlər, onları əsasən Asiyaya və ya Amerikaya göndərirəm. Hər geyim üzərində işləyərkən, bir qayda olaraq, həmişə onun dizaynında iştirak edirəm. Nə istədiyimi, rəngi və üslubu geyimi tikdirdiyimiz atelye ilə birgə danışırıq. Onlar artıq konstruktiv təklif edirlər və iş beləcə davam edir, hər geyimə bir aya, sifariş lap çox olarsa, bəzən daha uzun müddətə hazır olur.

- Bəs rəqs zamanı geyiminizi hansı tezlikdə dəyişdirməli olursunuz?

- Bir qayda olaraq, çempion cütlüksünüszə, eyni paltarda 2-3 turnirdən çox rəqs etmək yaxşı qəbul edilmir. Həm də səhər rəqs edirsinizsə - səhər əyninizdə səhər paltarı adlanan bir paltar olur, hansı ki kiçik daşlarsız və yüngül olur, sizə mane olmur və sizə hərəkət azadlığı verir, ancaq safit işığında solğun görünür. Səhər safit işığı olmur və rəqs etməyə başlayanda üzərinizə yalnız gün işığı düşür, sonra gündüz hissəsi gəlir və geyim dəyişir. Səhər geyimində artıq rəqs etmisiniz, gündüz başqa bir geyim, axşam, bir qayda olaraq, belə bir ənənə var - final geyimindən istifadə edilir. Yəni cütlük finala çıxarsa, siz səhnəyə meqa-mükəmməl final geyimində, ən bahalı geyimdə çıxmalısınız. Orkestrin sədaları altında rəqs edərkən ağ və ya çəhrayı geyimdə olmağınız yaxşı qəbul edilir, adətən bu tendensiyaya sadiq qalırıq. Hər üç turnirdə üç paltar dəyişdirmək lazımdır - bu çox ağrılı bir prosesdir. Paltarlarınız satılmasa, bu sizə çox baha başa gəlir.

- Bütün turnirlərdə çıxış etdiyiniz müddətdə ən çox sevdiyiniz və ən yaddaqalan rəqsiniz hansıdır?

- Ən sevdiyim rəqs “Quick step”-dıir, bu rəqsdə daha möhtəşəm görünürük. Bu ən sürətli rəqsdir və bizdə heç kimin, heç bir cütlüyün etmədiyi hərəkətlər var və hətta tamaşaçılar bizdən sırf bunu gözləyirlər. Məsələn, şpaqat açaraq tullanırıq və tamaşaçılar üçün fırlanırıq, fəndlər edirik - bu anda çox canlı alqışlar səslənir. Əslində, ən çox öhdəsindən gəldiyim rəqs barədə danışsaq, bu asta valsdır, bu rəqsi çox sevirəm, deyə bilərəm ki, bu rəqs zamanı dincəlirəm. Mən bu rəqsi həqiqətən İFA EDİRƏM, çünki “Quick step” rəqsində konsentrasiya yüksəkdir, orada səhvə yol vermək olmaz, temp o qədər sürətlidir ki, heç olmasa bir saniyə yavaşlasan və ya partnyordan geri qalsan, o zaman cütlük dağılacaq və yenidən birləşmək mümkün olmayacaq. Buna görə də, rəqslərlə bağlı bu ikisini qeyd edə bilərəm.

Ən yaddaqalan turnirə gəldikdə isə, Londonda “London Ball” adlı turnir var -burada heyrətamiz bir orkestr, hakimlik edən dünyanın ən yaxşı hakimləri var idi və tamaşaçılar tərəfindən çox isti qarşılandıq. Nədənsə bu turnir çox yaddaqalan oldu, mən orada təsadüfən Londonun ən yaxşı vizajisti sayılan vizajistə rast gəldim, onun sayəsində qeyri-real dərəcədə gözəl bir görünüş əldə etdim. Güzgüdə özümə baxırdım və həqiqətən də zövq alırdım, sanki bütün ulduzlar beləcə bir araya gəlmişdi, bu çox xoş idi.

- Dünya Çempionatı kimi mühüm qələbə haqqında söhbət edək. Əlbəttə ki, bütün idmançılar və ifaçılar buna can atır. Hansı hisslər keçirirdiniz? Qələbə gözlənilirdimi? Və məşq prosesi necə keçdi?

- Dünya Çempionatına gəldikdə, bu, gözlənilməz olmadı, çünki biz Sergey ilə uzun müddətdir məhz bu çempionata hazırlaşırdıq. Birinci yeri tutmaq istəyirdik və məşqçimiz bizi böyük bir məşq strategiyası ilə hazırlayırdı, rəqiblərin bütün nüanslarını nəzərə alaraq sistematik şəkildə buna doğru getdik. Bundan əvvəl ardıcıl üç il ikinci olmuşdum və hər il bu cür olmağı dəhşətli idi. Yalnız Sergeyi partnyorum kimi seçdikdən sonra çox istədiyim birinci yeri tutmağı bacardım. Heç bir mübahisəmiz olmayıb, hakimlərin vahid rəyi ilə bütün rəqslərdə birinci olduq - buna görə də, bütün birinci yerlər bizim üçün çox dəyərli idi.

- Sizin fikrinizcə, rəqsə başlamaq üçün ən uyğun yaş neçədir? Rəqslə məşğul olmaq istəyənlər üçün kiçik bir məsləhət və ya bəlkə də bir sirrinizi paylaşa bilərsinizmi. Peşəkar dərslər üçün xüsusi hazırlığa ehtiyac varmı?

- Hər yaşda rəqs edə bilərsiniz, yeni başlayanlara, ilk növbədə, bədənlərini inkişaf etdirmələrini tövsiyə edərdim, çünki bədəniniz nə qədər inkişaf etsə, rəqsdə imkanlarıınız bir o qədər çox olar. Yoqa ilə məşğul olmaq, dartınmaq, ayaqlarınızın və dizlərinizin yaxşı işləməsi üçün bədəninizi mümkün qədər çevik və elastik etməyə çalışmaq, qadın partnyorun rəqsi bunlardan çox asılıdır. Qadın partnyor hərəkət etmirsə, heç bir partnyor onu hərəkət etdirə bilməz, buna görə hər kəsə rəqs etməyi arzulayıram, hesab edirəm ki, rəqs həyata xoşbəxtlik, müsbət emosiyalar qatır, insanın həyatında, xüsusən də qızların həyatında bir çox boşluğu doldurur, bu bir duruş və bir növ həvəsdir. İstənilən halda, bir kişi ilə rəqs edirsən, bu bir növ dialoqdur, buna görə hər qıza rəqs etməyi arzulayıram. Hesab edirəm ki, onun həyat keyfiyyəti, əlbəttə ki, fiziki hazırlığı da bununla birgə xeyli yaxşılaşacaqdır. Şübhəsiz ki, turnirlərdə çıxış etmək, rəqabətli olmaq üçün bədəninizin imkanları ilə fərdi məşğul olmaq lazımdır.

- Yəqin ki, bu sual bütün tamaşaçıları, xüsusən də rəqs tamaşalarını sevənləri maraqlandırır. Rəqs zamanı partnyorlar arasında ünsiyyət necə yaranır, jestlərin sirri nədir? Belə dinamik proses zamanı hər iki partnyor öz aralarında necə ünsiyyət qurur?

- Maraqlı məqamdır, əslində jest üsulları var. Ancaq problem ondadır ki, bu jesti anlamaq üçün çox az vaxtınız var, bəzən partnyorunuzun baxışları belə nə etməli olduğunuzu başa düşmək üçün kifayət edir. Bir qayda olaraq, rəqs edərkən heç bir jest üsulu işləmir, çünki rəqs edərkən partnyorunuzla hansısa bir şeyi müzakirə edə bilməzsiniz, bunun üçün vaxt yoxdur, çünki musiqi artıq irəliləyir. Jestlər məsələn, partnyor platformanı paylaşdıqda və mərkəzdə başlayacağımızı söylədikdə işə düşür, sonra o, mərkəzə gedir, orada dayanır və siz artıq bilirsiniz ki, mərkəzdən başlayacaqsınız. Rəqs xətti boyunca deyil, mərkəzdən rəqs etməyə başladığınız müəyyən bir hərəkət alqoritmi var, onda variasiyalarınızı bir az dəyişdirməlisiniz. Partnyorun rəqs zamanı hər hansı jestlə hansısa məlumat verməsi barədə danışırıqsa, xeyr, bir qayda olaraq, hər şey əvvəlcədən planlaşdırılmalı və proqramlaşdırılmalıdır. Heç bir jest yoxdur.

- Gələcək üçün nə planlaşdırıldığını bilmək istərdik. Proqramda tamaşaçıların xüsusi marağına səbəb olacaq möhtəşəm bir şey varmı?

- Bu yaxlınlarda latın rəqsi etdiyimiz bir macəra yaşadıq. Sergey standart çempiondur, biz Avropa proqramı üzrə dünya standartı üzrə çempionuq, yəni beş Avropa rəqsi - iki vals, iki fokstrot və tanqo (Avropa versiyasına uyğunlaşdırılmış).

Latın proqramı isə tamamilə fərqlidir və bizi latın turnirinə rəqs etməyə dəvət etdilər, ancaq yalnız üç rəqs etdik və latinoda beş rəqs var. Beş rəqsin hamısını hazırlamaq və Latın turnirinə çıxmaq arzusunda idik, bu bizim üçün böyük bir "çağırış" idi, çünki bir proqramda ilk olduğunuz zaman tamamilə fərqli bir proqrama çıxmaq, hər hansı yer tutmaq və ümumiyyətlə yaxşı çıxış etmək çox çətindir, çünki sanki sıfırdan başlayırsız. Bu, şübhəsiz ki, çox maraqlı bir macəradır. Hələ də bu məqsədə doğru irəliləyirik - üç deyil, beş rəqs olan tam əsl Latın turnirində rəqs etməyi hədəfləyirik.

- Sizi motivasiya edən sevimli sitaı soruşsaq?

- "İnsanın ən gözəl hərəkəti irəliyə doğru atdığı hərəkətdir" - Marius Petipa.

İrəliyə atılan addımdan sonra geriyə addım atmaq uğursuzluq deyil! Bu – Ça-Ça-Ça-dır! Bu sitata görə, variasiyalarımızı qurarkən həmişə irəliyə doğru mütərəqqi bir hərəkət etməyə çalışırıq. Bu hərəkət geriyə hərəkətdən daha effektli, daha yaxşı, daha ahəngdar görünür. İrəliyə hərəkətin geriyə hərəkətdən daha ahəngdar olduğu barədə bu sitat bizə kömək etdi və yadda qalan oldu.