Klub gəzintidə: İncəsənət həftəsonu Moskvada

Bu yaxınlarda Cult Baku-nun üzvləri zehnləri, ruhları və, təbii ki, mədələri üçün xeyirli bir vaxy keçirə bilmək imkanı əldə etdilər. Söhbət, beynəlxalq lider şirkətlərdən biri olan Ginza Project və Bakıda, Moskvada yerləşən turizm agentliklərinin dəstəyi ilə keçirilən 4 günlük Moskva səyahətindən gedir.  

Фото перед вылетом-члены клуба в предвкушении! 

Ginza Project Avropanın, sadəcə restoran deyil, həmçinin apartmentlər, bazarlar, şəhər xidmətləri və s daxil olan böyük multi-brend holdinqlərindən biridir. Şirkətin idarəçiliyi altında Moskvada, Sant-Peterburqda, Tulada, Tomskde, Soçidə, Bakıda, Nyu-York və Londonda 150 şirkət var.

Ginzanın əsas aparıcı layihələrindən: Danilovski bazarı, bütün dünyada məşhur olan "Mari Vanna" restoranları, Paul kafeləri, "Pryanosti i radosti", Sixty, Buono, Mercedes bar, Ulliams, Christian, Karlson, Butler, Rıbtorq, Elardji, Ruski, AQ Kitchen və başqaları kimi paytaxt restoranları. Sankt Peterburqda Ginza layihəsinin idarə etdiyi restoranlardan Terrassa, Mansadra, Katyuşa və başqalarını misal gətirmək olar. Bundan əlavə bu şirkətin tərkibində otelləri, idman klubu Ginza Fitnes, uşaq üçün studyo Ginza For Kids, heyvanlar üçün Groom Room salonu və sairə var.

Цветами встречает Москва. А Клуб посылает приветы из Баку.

Klub üzvləri hər gün təəssüratlarını sosial şəbəkələrdə bölüşürdülər və biz, onlar qayıtdıqdan sonra yekun fikirlərini öyrənməyə şad olduq. Paketə uçuş, səyahət ərzində qarşılanma və müşayət, ekskursiyalar və teatrları ziyarət etmək, Ginza projectin restoranlarında yemək daxil idi. Project . 

Yəhudi Muzeyi, Tretyakovski qalereyası, Patriarşi gölləri, Sovremennik - bunlar bizim maraqlı və özəl aprel Art Uik-end planımız üzrə klub üzvlərinin gəzdikləri yerlər idi. Niyə görə bu yerlər unudulmaz oldu? Özünüz oxuyun!

Булгаков и «команда» его самых известных героев приветствуют! 

Klubumuzun dostu Emma Lazar ИНСЕАД 2017-ci ildə Financial Timesın rəyinə əsasən dünyada bir nömrəli İncead biznes məktəbinin məzunu, kluba dost qismində qoşulub (klubun tədbirlərinə ailə üzvlərinizi və dostlarınızı hər zaman dəvət edə bilərsiniz). Emmanın fikirlərinə biz çox etibar edirik. Emma çox aktiv səyahət edir və o planetin ən gözəl yerləri haqqında öz blogunu yaradıb. Yaradıcı insan kimi o, çox incəliklə öz səyahətini, fəsilləri lirik və təbii şəkillərlə təsvir edir. Emma uzun illər boyu Moskvada olmayıb və və qərara gəldi ki, mükəmməl şəhərin mədəniyyətini bizimlə, klubla birgə kəşf etsin.

O sosial mediada öz təsuratlarını izləyiciləri ilə bölüşdü. Biz isə sizinlə paylaşırıq.

Bizimlə birgə hər gün motivasiya olun və yeni şeylər öyrənin!

Beləliklə, bu gözəl səyahət sonlandı. Mən çox şadam ki, bura qoşulmaq qəraına gəldim və belə gözəl şans üçün, bir neçə gün dünyanın mədəniyyətini KultBaku ilə birgə kəşf etmək və dincəlmək şansına görə minnətdaram!

Ardıcıllıqla: 

  1. Bulqakovun yaşadığı 50N-li "Uğursuz mənzilə» səyahət mükəmməl idi - orada istedadlı və eyni zamanda talesiz yazıçının çətin və faciəvi həyatı haqqında çoxlu yeni və maraqlı məlumatlar öyrəndik. Bu məlumatlardan tüklərimiz biz-biz oldu... Tövsiyə edirəm. 
  2. Repinın böyük ən məhşur rəsm əsərlərinin təqdim olunduğu sərgisinə səyahət etdik. Bu əsərlərin çoxu bizə orta məktəbdən tanış idi, amma tanımadığımız və heç də başqalarından geri qalmayan əsərlərini də gördük. Səsli bələdçi mükəmməl idi. Çoxlu yeni məlumatlar öyrəndik. Sərgi avqustun ortalarına kimi davam edəcək və hamıya sərgiyə getməyi tövsiyyə edirəm. 
  3. Sovremennik və Kvartet İ. kimi iki gözəl teayra səyahət baş tutdu. Sovremennikdəki tamaşa teatrın qurucularına həsr olunmuş emosional konsert idi, uşaqlığımızdan billdoyimiz və sevdiyimiz mahnılar səslənirdi. Kvartet İ. - nin tamaşadı çox düşündürücü idi. Tamaşa kədərli həyat vəziyyətlərini göstərir və təəssüf ki, onların hamısının birmənalı cavabları və həlləri olmadığını vurğulayır. Bu ifadəni xatirimdə qaldı: "Mərhəmət bəzən ədalətdən daha vacibdir!" 
  4. Tədbirlər arasında, aprel havası bizə imkan verən qədər, Moskvanın tarixi küçələrini gəzdik. Səyahətin digər üzvləri ilə tanış olmaq çox xoş oldu! 
Кадры из «Неправильной квартиры» номер 50

Ümümiyyətlə: Səyahət mükəmməl təşkil olunmuşdu. Heç bir məsələni həll etmək və heç nədən narahat olmaq lazım deyildi! Hər şey bizim gözəl təşkilatçılarımız tərəfindən hazırlanmış və düşünülmüşdü! Yalnız istirahət! Yalnız yüksək sənət! Yalnız yeni dostlarla xoş ünsiyyət! ” 

CBCLUB