Modelyer Nadiya Taziyeva: nizam-intizam, peşə seçimi və Bakıda və Parisdə ruhlandırıcı yerlər haqqında.
  • Neçə yaşından tikiş və moda ilə maraqlanmağa başladınız? Sizə ilk ilham verən kim olub?

- Düşünürəm, bu həvəs məndə həmişə olub, moda ilə maraqlanmaq qərarına gəldiyim dəqiq zaman və ya təkan olmayıb. Bəlkə də ona görə ki, bizim evdə əl işlərinə həmişə dəyər verilib. Uşaqlıqdan həmişə nə isə hazırladığımı xatırlayıram və zamanla moda ilə əlaqəli hər şeyə marağım artdı. Peşə ixtisasımı seçmək vaxtı gəldikcə isə mən həyatda nə ilə məşğul olmaq istədiyimə şübhəm qalmamışdı.

  • Tərzinizi üç sözlə ifadə edin. 

- Nadit-dəki işim haqda danışsam – duyğu, neoromantizm və yüksək keyfiyyət

  • Parisə getmək fikri sizdə necə və nə vaxt yarandı?

- Bu özəl səbəbdir, amma o atmosferdə olmaq arzusu uşaqlıqdan var idi.

  • Niyə məhz Maranqoni məktəbi?

- Ona görə ki, bu məktəb mənim sahəmdə savadlı tədris üçün ən yaxşı məktəbdir. Bu məktəbdə hər proyektə ciddi yanaşma var, yüksək kvalifikasiyalı peşəkar pedaqoqlar dərd deməklə yanaşı, brendlərlə çalışırlar, bizə verilən tapşırıqlar sənaye çərçivəsində olur və buna görə də bizı aktual mütəxəssislər kimi yetişdirirlər. Mən bu məktəbdən xəbərdar olan kimi orda oxumaq arzusunda olmuşam, amma buna yalnız indi cürət etdim və anladım ki, indi əsl vaxtıdır.

  • Siz əlamətlərə inanırsınızmı? Ruhdan düşədə irəli getməyə səbəb olan əlamətlər olubmu?

- Onu deyim ki, heç vaxt ruhdan düşməmişəm, mən öz işimə inanıram və nə istədiyimi dəqiq bilirəm. Çətinlikləri növbəti səviyyəyə qalxmaq imkanı kimi qiymətləndirirəm. Əlamətlər haqqında dəqiq bir söz deyə bilmərəm, amma mən baş verən hadisələr elə bu cür də olmalıdır deyə düşünürəm və bu mənə əlavə ruh verir.

  • Düşünmək üçün Bakıdda ən sevdiyniz məkan? Bəs Parisdə?

- Bakıda- mənim iş studiyamdır. Bura hər zaman sakit, işaqlı və rahatdır. Mən orada saatlarla işləyib kolleksiyama parçalar seçə bilərəm. Paris isə mənim universitetə piyada gedib-gəldiyim yollardır. Gözəl binalar, Osman üslübda tikintilər hər zaman düşüncələrə çox köməkçi olub.

  • Siz hisslərinizə və ya kiminsə məsləhətinə qulas asırsınız? Kimin məsləhəti Sizin üçün ən önəmlidir? 

- Mən hər zaman başqa insanların düşüncələrinə hörmət etmişəm, lakin həmişə öz bildiyim kimi hərəkət edirəm.

  • Dəb dizayneri nə deməkdir? Bunu oxuyub öyrənmək olarmı və ya bu bir vergidir? Və bu sahədə ən sevdiyniz kimdir? 

- Əlbəttə ki, oxumaq lazımdır. Umumiyyətlə, moda nəhəng və ciddi sistemdir və bu sistemə daxil olmaq üçün sadəcə eskizləri yaxşı çəkmək və ya biçim nümunələrini anlamaq kifayət deyil. Hər bir dişin necə işlədiyini bilmək və ona uyğunlaşmaq lazımdır. Bu sahədə hər gün nəsə yeni ir şey öyrənmək lazımdır, əks təqdirdə sən bir gün sadəcə kənarda qalacaqsan.

  • Siz nədən ilham alırsınız və intizama necə riayət edirsiniz?.

- Ilham almaq öz üzərinndə işdir, bir adətdir, onu hər zaman formalaşdırmaq lazımdır. Əlbəttə ki bu intizamla əlaqədardır. Hər-hansı bir konsepsiyanı işləməyə və ya kolleksiyanın yaradılmasına iki üç ay vaxt ayırmaq lazımdır. Əgər işi hər dəqiqəsi ilə ölçməsən və planlı şəkildə yerinə yetirməsə, təyin olunan vaxta işi bitirə bilməzsən, bu da qeyri-ciddi olmaq deməkdir.

  • Kluba və klubun üzvlərinə nə arzu edə bilərsiz?

- Hər zaman özünüz və öz arzularınızla harmoniyada qalın.