ILHAM MƏNBƏYI: NƏRMIN MAHMUD

 

Payızın son ayının soyuq günlərində biri... Yolda olarkən Nərmindən isti qəhvə içməklə bağlı təklif aldım. Təyin olunan məkana vaxtından tez gələrək həmin andan bizi özünə heyran qoydu. Söhbətə başlamazdan öncə gedişatla bağlı narahatlığı olsa da, söhbətimiz axıcı davam etdi.

Nərmin Mahmud “60+” nəsil üçün qadın klubunun, həmçinin sosial layihə, patronaj xidməti, evdə qulluq olan “Dayaq”ın həmtəsisçisidir.

…Bunlarla yanaşı o, maraqlı layihələri birlikdə müzakirə edə və planlaşdıra biləcəyiniz gözəl həmsöhbətdir. Belə həmsöhbətlə ünsiyyətdə olmaq hər zaman yeni ideyalara təkan verir. Üstəlik təcrübə də varsa, o zaman həmin ideyaları təhlükəsiz şəkildə həyata keçirmək qaçınılmazdır. Gecikdirmədən…

Nərmin bizə cəmiyyətin və cəmiyyətdəki müəyyən kateqoriyaların - xüsusən də qayğıya və dəstəyə ehtiyacı olanların xeyri üçün zaman keçdikcə təkmilləşməli olan sahələrdə yeniliklərdən söz açdı.

 

60 yaşdan yuxarı qadınlar üçün nəzərdə tutulmuş “Granation” klubu 2016-cı ildə yaradılıb və indiki İstiqlaliyyət küçəsi memarlıq binasının köhnə otaqlarında yerləşir.

Bu təşəbbüsün ilham mənbələrindən əsası çoxdandır ki öz nəslinin qadınları üçün maraq klubu yaratmaq arzusunda olan anam olub.

Klubun ilk fəaliyyət illərində 5 üzvü var idi. Hazırda 17 üzv var və hər biri öz zövqlərinə uyğun fəaliyyət istiqaməti seçə bilirlər.

Bizə bir az klubun özəlliyindən söhbət aça bilərsiniz?

Deyə bilərəm ki, klubun ən vacib özəlliyi burada təqaüd yaşının həyatın yeni mərhələsinin başlanğıcı kimi qəbul edilməsidir. Hər bir xanım özündə yeni, ya da artıq unutduğu istedadları kəşf edir və inkişaf etdirir. Əgər əvvəllər Bakıda əlavə dərnəklər axtarılarkən uşaq və yeniyetmələrin maraqları nəzərə alınırdısa, indi “Granation” klub sayəsində seçim etmək üçün daha çox imkan mövcuddur. Rəsm, yoqa, “Nordic” gəzinti, film nümayişi, xarici dillər, mahnı oxumaq, dietoloqların, stilistlərin, kosmetoloqların məsləhətləri və seçim üçün digər fəaliyyət növləri bunlara misal ola bilər. Klubumuz həmçinin restoranlara rezervasiya, teatrlar, tamaşalar və s. biletlər əldə etməklə bağlı “concierge” xidməti də təqdim edir.

Biz öz şəxsi inkişafımıza vaxt ayıraraq həm özümüz, həm də yaxın ətrafımız üçün faydalı oluruq. Ümumiyyətlə, hər kəs sevdiyi işlə məşğul olanda, nadir hallarda kənar qayğılardan yayınırlar. “İncəsənət dərsləri zamanı bir qədəh “Prosecco” ilə, hər kəsə yaşamaq üçün ikinci nəfəs gəlir”.Həmçinin, klubumuza müxtəlif sahələrdən olan mütəxəssislər, həkim-psixoloqlar, memarlar, bir sözlə, asudə vaxtı rəngləndirə, qadınlarımızın həyatına faydalı nəsə gətirə biləcək hər kəs mühazirələrə dəvət edilir. Klub fərdi maraqlı proqramlarla ətraf regionlara və digər ölkələrə səfərlər təşkil edir.

 

 

Nərmin Mahmud Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi əlaqələr fakültəsini bitirib. Adelin musiqilərini dinləməyi və əntiq əşyaları sevir. Onun iki qızı var. Ev şənliklərini sevir və onların təşkilinə nəvazişlə yanaşır. Onun düşüncəsinə görə masa quruluşu haqqında düşünmək və qonaqlarınız üçün tematik atmosfer yaratmaq uzun müddət çəkə bilir. 

Onun haqqında məlumat verərkən ölkəmizin xüsusi sosial təşəbbüsləri arasında həmtəsisçi Zara Vəzirova və Bakıda aparıcı həkimlərlə birlikdə 2017-ci ildən mövcud olan və insanların həyatını yaxşılaşdıran “DAYAQ” layihəsini xüsusi qeyd etmək lazımdır. 

Əgər qadın klubu daha çox kommersiya xarakterlidirsə, deyə bilərik ki, “Dayaq” son vaxtlar ölkəmizdə ən fəal inkişaf edən fəaliyyət növünə istinad edir. Sosial sahibkarlıq nümunəsi kimi məqsədi ilk növbədə ehtiyacı olanlara yardım göstərmək və əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

Tamamilə doğrudur. “Dayaq” Azərbaycanda ilk özəl patronaj xidmətidir. Bizim əsas işimiz peşəkar ev baxımını təmin edə bilməkdir.

Əsasən pasiyentlərimiz əməliyyatdan sonrakı reabilitasiya dövründə bizə üz tuturlar. Hər bir xəstə üçün xəstəliyin xüsusiyyətlərini və xəstənin ehtiyaclarını nəzərə alaraq fərdi qayğı planı tərtib edirik. Dayaq komandası ciddi seçim və peşəkar təlim prosesindən keçmiş tibb bacılarından ibarətdir. İşçilərin təlimi və təhsili xüsusilə diqqət mərkəzindədir.

Komandamızda olan bütün tibb bacıları müxtəlif təlimlərdən keçir: 1. ev baxımı; 2. psixoloji təlim; 3. Həm də “BLS” adı altında məşhur olan əsas həyat dəstəyi - ilk yardım təlimi bunlara misal ola bilər.

Evdə Qulluq Xidməti (ABŞ-da populyar və tələb olunan xidmət növü) yalnız peşəkar xəstələrə qulluq deyil. Həmçinin, tibb bacılarının vəzifələrinə ərzaq almaq və bizim dediyimiz kimi “alış-veriş”, pasiyent ilə oxu vaxtı, gəzmək də daxildir.

Baş tibb bacısı tərəfindən aparılan 24 saatlıq monitorinq xəstənin yaxınlarının narahatlığının aradan qaldırılmasına, rahat işləməsinə və dincəlməsinə şərait yaradır. O, əməkdaşlarımızın işinə nəzarət edir və gözlənilməz hallar zamanı mütəmadi əlaqəni təmin edir.

Sizin fikrinizcə, hansı “Dayaq” təşəbbüsü xüsusi hesab edilə bilər?

Bu sualın cavabının “Alzheimer məktəbi” layihəsi olduğuna şübhə yoxdur. Bu layihənin yeniliyi ondan ibarətdir ki, Alzheimer xəstəliyi diaqnozu qoyulmuş xəstələrə qulluq edən qohumlar üçün xüsusi təlim xarakteri daşıyır. Xəstənin yaxın ətrafı təcrübəsindən ən vacib məlumatları həvəslə paylaşan psixoloq, psixiatr, hüquqşünas, nevroloqdan pulsuz məsləhət alırlar. Qeyd edim ki, “Dayaq” komandası olaraq “Baku Book Center”də və Libraff-dan əldə edə biləcəyiniz pasiyentə qayğıya dair bütün lazımi məlumatları özündə əks etdirən “Alzheimer Xəstələrinə Baxım Bələdçisi” kitabını ərsəyə gətirmişik.

Söhbətimiz axşam saatlarında sonlandı. Lakin zənnimcə, bu hələ söhbətin başlanğıcı idi. Nərmin Mahmudla olan dialoqumuz “Granation Club” və “Dayaq” şirkətinin fəaliyyəti fonunda davam edəcək…

Dayaq: 055 3330103
Granation: 050 3403400