Те, кто нас вдохновляет:”Поющие” блюда и другие гастрономические удовольствия от популярного и опытного шеф-повара Москвы и Таллинна Андрея Шмакова”.

Andreylə Hilton Bakı otelində görüşdük və aydın məsələdir ki, onu Hilton Bakı otelinin 25-ci mərtəbəsində yerləşən “SkyGrill” restoranının yeni komandasının bacarıqlı əllərindən “çəkib aldıq”. Andrey “dadlı Azərbaycan çayı” sifariş edir və vaxtaşırı dadına baxdığı mürəbbədən başqa şirniyyat yemədiyini etiraf edir!

Artıq bir neçə gündür ki, Andrey vacib bir prosesə rəhbərlik edir – bənzərsiz menyu yaradır və Arkadi Novikovun məktəbindən olan beş aşpazdan ibarət komandanı öyrətməklə məşğul olur. Baş aşpaz Şmakov həm də Moskvada Novikovun Bakıdan olan beş yerli aşpazdan ibarət məktəbi ilə də əməkdaşlıq edir. “Məni tanıyacaqsınız, aşpaz geyimində olacağam”, o bizə telefonda dedi. Onu elə ilk dəqiqədən tanıdıq, söhbətimiz şən, maraqlı və təravətli alındı!

Bakı haqqında:

“Bura doğrudan da çox gözəldir. Bakıya ikinci dəfədir gəlirəm. Şəhərinizə hələ bir neçə dəfə də gəlməyi planlaşdırıram, çünki bu restoran “pop-ap” rejimində işləyəcək və onun fəaliyyətinə nəzarət etməyimə ehtiyac olacaq”.

“Pop-ap” restoran (pop-up restaurant) – bir neçə gün ərzində ərsəyə gələn və bağlanan müəssisədir. Bir günlük restoranlar 2000-ci ildə Böyük Britaniyada, Avstraliyada və ABŞ-da peyda olmağa başlayıblar, lakin qurmanlar sevimli baş aşpazlarını və onların layihələrini Twitter-də və İnstagram-da izləmək fikrinə düşəndən sonra bu müəssisələr xüsusilə məşhurlaşmağa başladılar – yeni “pop-ap” restoranın açılmasından bu cür xəbər tutmaq daha rahat idi”.

Yaşıl bazar haqqında:

“Sizin yaşıl bazarda hətta yerli yerdombalanı göbələyi də satılır, lakin onun dadı bizim öyrəşdiyimiz bu göbələk növündən fərqlidir. Mənə üstü bir az kif atmış xurma göstərdilər, ancaq o tam yeməli idi! Mən hələ yabanı qulançar dəstəsinin də şəklini çəkdim. Azərbaycan limonu məni valeh edir. Özündə sitrus ailəsinin ən parlaq növlərini əks etdirəcək orijinal “Sitrus” desertində məhz bu limondan istifadə ediləcək!”

Bakı menyusu haqqında:

Baş aşpaz Şmakov bizə
TAR TAR köök + bar Tallinin mərkəzində yerləşən neobistrosunun səhifəsini göstərdi.

Baş aşpaz özünün bu xoş və orijinal məkan barəsindəki müsahibəsində bunları deyir: “Neobistro və ya bistronomiya – qastronomiya və bistronun vəhdətidir”.

Başqa sözlə, gözəl yerdir, dadlı yeməkləri var və əlverişlidir. İndi belə yerlər Fransada məşhurdur. Uzun müddət Mişlen restoranlarında işləyən gənc aşpazlar “fine dining” konsepsiyasından indi daha çox uzaqlaşaraq neobistro açmağa üstünlük verirlər.

Gözəl və eyni zamanda cəlbedici olan yemək şəkilləri göz oxşayır. Ancaq Tartarrrr xüsusilə nəzərə çarpır!
© Gloss.ee

“TarTar bistrosunda hər bir tartara mən özünəməxsus orijinal ad vermişəm. Məsələn, fin üslübunda olan Lappi Tartar var, ya da məsələn, acikalı Mimino Tartar var! Bakıya isə “tartar Bülbüloğlu” təşrif buyuracaq”.

Tartarlardan danışanda baş aşpaz sanki sözlərini müasir incəsənət terminləri lüğətindən seçir. Böyük təəssürat altında qalaraq, yerli tartar növünün tərkibində maraqlı nəyin olacağı ilə bağlı sualı Şmakova verməyə bilmirik...

“Marinadlaşdırılmış çöl sarımsağı və zirinc – bakılıların ən çox sevdiyi ədviyyat və turşulardan ikisi məhz bunlardır!”

Bu “oxuyan” yeməyin digər tərkib hissələrinin nədən ibarət olacağını artıq yəqin ki restorandakı şam yeməyində öyrənəcəyik.

“SkyGrill”-in məhz “gedək-yemək yeyək” tipli məkan yox, məhz kulinariya sənəti olduğunu Andreyin növbəti yeməyi təsvir edərkən istifadə etdiyi sözlərin tonundan da başa düşmək olur. Bu “pop-ap” restoran Andreyin və onun demək olar ki, bu zəhmətə qatlaşmağa hazır olan yerli komandasının diqqətli nəzarəti altında bizə üç ay sevinc bəxş edəcək!

Biz isə klubun üzvlərinə restoranda ən qısa müddətdə şam yeməyinin dadına baxmağı təklif edirik. Bu barədə isə daha sonra.