Marina Ştager ilə Londonun Mayfair rayonunun əsas qalereyalarına Onlayn Tur
27oct19:0021:00Marina Ştager ilə Londonun Mayfair rayonunun əsas qalereyalarına Onlayn Tur
Event Details
27 oktyabr saat 19:00-da Marina Ştager ilə Londonun Mayfair rayonunun əsas qalereyalarına Onlayn Tur (canlı yayım və gəzinti turu) təşkil ediləcək. Qapalı zalda baş tutacaq görüşdə,
Event Details
27 oktyabr saat 19:00-da Marina Ştager ilə Londonun Mayfair rayonunun əsas qalereyalarına Onlayn Tur (canlı yayım və gəzinti turu) təşkil ediləcək.
Qapalı zalda baş tutacaq görüşdə, klubun bütün üzvləri Marina ilə “gəzmək” imkanı əldə edəcək və onları maraqlandıran suallara cavab tapa biləcəklər.
Marina Ştager geniş təcrübəyə malik incəsənət mütəxəssisidir. O, daha əvvəl Mariinsky Teatrının mətbuat xidmətində çalışıb, sonra isə Sankt-Peterburqda yerləşən Lazarev Qalereyasının meneceri vəzifəsini icra edib. 2014-cü ildən etibarən Marina, Londonda yaşayır və orada çalışır, özünün Müasir incəsənət qalereyasını və cəmiyyətlə müasir İncəsənət arasında dialoq qurmağa imkan verən təhsil klubunu yaradıb.
London İncəsənət Klubu çərçivəsində Marina, Londonun müxtəlif məkanlarındakı qalereyalarına gəzintilər, Venesiya Biennalesi və ya “Art Bazel” sərgisi kimi mühüm beynəlxalq tədbirlərə səfərlər təşkil edir.
more
Time
October 27, 2022 19:00 - 21:00(GMT+04:00)
Location
“Grannation” Klubu
İstiqlaliyyət 31C
Other Events