TEA & SERENITY: A SOULFUL CEREMONY

29jan17:0019:00TEA & SERENITY: A SOULFUL CEREMONY

Event Details

Çay çeşidlərinin dadından və fəlsəfəsindən zövq almağınız üçün yaradılmış xüsusi tədbirimizdə sizi fərqli növ çayların ecazkar dünyasını kəşf etməyə dəvət edirik.

Çay mütəxəssisimiz Nadirin rəhbərliyi altında zəngin pueradan tutmuş mürəkkəb Bi Lo Chuna qədər siz çay dəmlənmənin incəliklərinə, xidmət mədəniyyətinin və çayın ləzzətlərinin sirlərinə qərq olacaqsınız. İllərini çay sənətini öyrənməyə sərf edən Nadir öz fəlsəfəsini və bacarığını bizlərə nümayiş etdirdi, rahatlıq və harmoniya mühiti yaradacaq.

Proqram sakitləşdirici məşqlərlə başlayacaq:
✨ Bakı Slavyan Universitetinin dosenti, 25 ildən artıq təcrübəsi olan təcrübəli psixoloq və yoqa müəllimi Elşanə xanım Ağasıyevadan meditasiya terapiyası. Elşanə xanım dünya şöhrətli quru Şri Ravi Şankardan təhsil alıb və daxili dünyanın harmoniyası üzrə mütəxəssisdir.

Çay mərasimi zamanı öyrənəcəkləriniz:
🍃 Çayın mənşəyi və istehsalı hekayələri
🍃 Müxtəlif sortların orqanizmə təsirinin xüsusiyyətləri
🍃 Meditasiya səviyyəsinə çatmaq üçün texnikalar.

Artıq təlaşdan uzaq istirahət, həzz və daxili harmoniya üçün ən doğru vaxtdır.

📍 Tarix və vaxt: 29 yanvar, 17:00
📍 Məkan: Art Gallery Hotel

Yerlərin sayı məhduddur – bu atmosferin bir hissəsi olmaq fürsətini qaçırmayın!

more

Time

January 29, 2025 17:00 - 19:00(GMT+04:00)

Ticket Section Title

Tickets are not available for sale any more for this event!