Bizi ruhlandıranlar:Ruxa

Biz Ruxa ilə çoxdan tanışıq. O, yalnız peşəkar bir makiyajçı və səhnəmizin ən görkəmli nümayəndələrinin stilisti deyil , Ruxa hər bir müştərini hiss edən sənətinin ustasıdır. Bu gözəl xüsudiyyətdir, amma bəzən o qədər də yaxşı bir şey deyil. Əslində ustanın sözünə qulaq assan, yaxşıdır. Əks halda sizə nəyin uyğun olduğunu sübut etməlisiniz.

Makiyaj edərkən Ruxa işinə rəssam kimi yanaşır. Ona getdiyiniz anda o artıq nəticəni aydın görür. Buna görə imicinizlə əlaqəli bir kompromis tapmaq və sənətçi ilə razılaşmağa dəyər.

Əminəm ki, Ruxaya bu suallar dəfələrlə verilib, amma həyatın hər bir mərhələsi yeni bir ilham doğurur. Ruxanın kosmetika xəttinə nə ilham verdiyini, növbəti çətin il üçün hansı planları olduğunu və öz sahəsində yeni başlayanlara (yalnız stilistlərə aid deyil) əsas tövsiyəsinin nə olduğunu soruşduq.

Ruxa bütün suallara qısa və aydın cavab verdi. Bu əslində sənətkarlar üçün xarakterik deyil. Onun şəxsiyyətini maraqlı edən də budur.

Bir tərəfdən Bakının daim küləkli havası kimi çılğın, digər tərəfdən çox təmkinli, zövqlərinə və üstünlüklərinə sadiq olan və onlardan heç vaxt imtina etməyən Ruxa.

  • Kosmetika barədə ilk dəfə nə vaxt düşündünüz?

Karyeramın əvvəlindən bu mənim arzum idi. Ona görə də onunla da davam etdim.

  • Yeni məhsulların yaradılması prosesində ilk addımlar hansılar idi?

Təbiiliyə nail olmaq istədim. Deyə bilərəm ki, kosmetikanın yaradılmasında hər addım “naturalizm” axtarışını və yaradılan imicin realizmini axtarıram.

  • Öz üslubunuzu yaratmaqda kosmetikanın hansı markaları sizin üçün nümunə oldu?

Laura Mercier – bütün məhsulların fərqli təbiiliyi. Tonaldan hamam məhsullarına qədər.

(Klubun redaktorlarından: Xatırladaq ki, Laura markası 1996-cı ildə yaradılıb – qurucusu – fransız Laura Mercierdir. O, Provansda doğulub böyüyüb və 17 yaşında Fransanın paytaxtını fəth etməyə gedib. Parisdə makiyaj sənətini öyrəndukdən sonra Elle jurnalında bir makyaj sənətçisi olaraq işləmək üçün ABŞ-a gedir. Orada ona çoxlu gəlirli iş təklifləri gəlir. Keçmiş makiyaj ustası iş üslubunda bir sənətkar kimi iz buraxır. Gənc istedad dünya moda nəşrləri, markalar və dünya kino ulduzları ilə əməkdaşlıq edir. 1996-cı ildə o artıq öz kosmetik markasını yaratmaq üçün kifayət qədər təcrübəyə malik olur. Link: https://makeupstore.ru/brand/321205/ )

  • Bakıda ilham aldığınız bir yer varmı, varsa haradadır?

Dəniz sahili.

 

  • Çox səyahət edirsiniz. Hansı ölkəyə qayıtmaq istəyərdiniz?

İstənilən isti ölkəyə qayıdardım.

  • Səfərlərdən hansını xatırlayırsınız? Niyə?

Hər səfər xüsusi bir hekayədir. Məni əhatə edən edən ətrafıma təşəkkür edirəm. Səfərdə tanış olduğum insanlara təşəkkür edirəm. Heç birini vurğulaya bilmirəm. Hər biri mənim üçün özəldir.

  • Buludlu, yoxsa günəşli hava? Acılı və ya sadə yemək? Şirin və ya duzlu? Yerli və ya ekzotik?

Günəş / Acılı / Şirin / Ekzotik​

(Klubun redaktorlaından: Hər dəfə Ruxanın ofisinə girəndə, 2000-ci ildə tanış olduğumuz ilk vaxtlardan bəri, yüksəs səsli musiqini (çox vaxt bu etnik musiqi olur), zərif qoxuları (əsasən ədviyyatlı) və sehrli işığı xatırlayıram. Ruxanın çalışdığı yerdə özünəməxsus atmosfer yaratması adi haldır)

  • Sizi motivasiya edən bir milli motiv / qəhrəman / yazıçı / sənətçi varmı? Niyə məhz o?

Mənim üçün bu mütləq Vaqif Mustafazadədir. Sadəcə Vaqif olduğu üçün. Burada sözlər artıqdır.

  • Gəlinləri və səhnə nümayəndələrini tez-tez bəziyirsiniz. Bu işin ən çətin tərəfi nədir? Və işdəki çətinlikləri necə aradan qaldırırsınız?

İnsanın aurası mənim üçün vacibdir. Hər hansı bir çətinlik yalnız xoşagəlməz bir aura səbəbiylə ortaya çıxa bilər.

  • Xüsusi məmnuniyyətlə gələcəyiniz tədbir varmı?

Tədbirlərdən – övladlarımızın toyları. Daha arzuolunan nə ola bilər ki?

 

Ruxa ilə razıyıq və ona can sağlığı və davamlı ilham diləyirik!

Nazrin Mirzayeva